11 iyun

“ChatGPT” yeni mülahizə modelini işə salır

“OpenAI” “ChatGPT” üçün mülahizə dil modeli “o3-pro”nu təqdim edib.

Təhlil.az xəbər verir ki, dil modeli məntiqi təfəkkür, proqramlaşdırma və elmi sorğulara diqqət yetirməklə mürəkkəb problemlərin həllinə yönəlib. Yeni modelə giriş artıq API vasitəsilə, həmçinin “Team” və “Pro” abunəçiləri üçün açıqdır. Korporativ və təhsil (Enterprise və Education) istifadəçiləri isə yaxın həftələrdə yeni tətbiqə giriş əldə edəcəklər.

“o3-pro” modeli mətn və şəkilləri təhlil etmək qabiliyyətinə malikdir, lakin təsvirin yaradılmasını dəstəkləmir. Kontekst pəncərəsinin ölçüsü 200.000 işarəyə qədərdir və modelin bilik bazası 2024-cü ilin iyun ayı ilə məhdudlaşır. Səsli ünsiyyəti dəstəkləməsə də, internetdə axtarış, fayl təhlili, “öz yaddaşına” funksiyalarını dəstəkləyir və “Python” proqramlaşdırma dili ilə işləyə bilir.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?