11 iyun

Qubada bir neçə kənd və küçə işıqsız qalacaq - XƏBƏRDARLIQ

İyunun 11-də Quba rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.

Təhlil.az xəbər verir ki, “Azərişıq” ASC-dən verilən məlumatda bildirilir ki, Quba Elektrik Şəbəkəsinin 35/6 kV-luq “Quba” yarımstansiyasında əsaslı təmir işləri aparılacaq. Sözügedən təmir işləri saat 10:00-dan 16:00-a qədər davam edəcək.

Fasilə rayonun bir sıra kənd və şəhər ərazilərini əhatə edəcək.

İşıqların kəsiləcəyi ərazilərə Nəriman Nərimanov, Qasım İsmayılov, Səməd Vurğun, Yusif Qasımov, Memar Əcəmi, Məhəmməd Əmin Rəsulzadə, Əliqulu Nərimanov, Əliheydər Orucov, Arif Hüseyzadə, 223 Atıcı diviziya, Molla Pənah Vaqif, Gənclər, Hacıbaba Əliyev küçələri, Heydər Əliyev prospekti, həmçinin rayonunun Ağbil, Aşağı Atuc, Dağlı, Əlibəyqışlaq, Mirzəməmmədkənd, Vladimirovka kəndləri, Qırmızı Qəsəbə yaşayış məntəqəsi daxildir. 

Qurumdan bildirilib ki, təmir işləri başa çatdıqdan sonra əhalinin daha sabit və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması təmin ediləcək.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?