11 iyun

AZAL təyyarəsi İranda təcili eniş etdi

“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Airbus A320 tipli sərnişin təyyarəsi iyunun 9-da saat 18:58-də Rəşt şəhərindəki Sərdar-e Cəngəl beynəlxalq hava limanına təcili eniş edib.

Təhlil.az xəbər verir ki, təyyarədə Həcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarlar olub. Lakin uçuş zamanı 35 yaşlı bir kişi sərnişinin səhhəti qəfildən pisləşib və ekipaj tibbi təcili vəziyyət elan edərək eniş üçün icazə istəyib.

İranın hava nəqliyyatı dispetçer xidməti operativ şəkildə qərar qəbul edərək təyyarənin təhlükəsiz enişini təmin edib. Hava limanında artıq təcili yardım briqadası hazır vəziyyətdə gözləyirmiş. Sərnişin dərhal xəstəxanaya aparılıb və “Aria” xəstəxanasında həkimlərin nəzarətinə götürülüb.

Məlumata görə, həkimlərin çevik müdaxiləsi nəticəsində sərnişinin həyatı xilas edilib. Onun vəziyyəti hazırda sabit olaraq qiymətləndirilir.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?