10 iyun

“Gənclik Mall”a gələnlər üçün rəsmi taksi məntəqəsi yaradıldı - VİDEO

Bakının Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində nəqliyyatın təşkilində daha bir yenilik edilib. Artıq “Gənclik Mall”ın qarşısında sərnişinlər üçün rəsmi taksiyə minib-düşmə məntəqəsi istifadəyə verilib.

Yeni məntəqə ticarət mərkəzinin ikinci girişində, yəni Xoyski və Olimpiya küçələrinin kəsişməsindəki parklanma zonasında yerləşir. Bu dəyişiklik, həm avtomobil sıxlığının azaldılması, həm də yolun daha nizamlı və təhlükəsiz istifadəsini təmin etmək məqsədi daşıyır.

Sakinlər və sürücülər artıq sözügedən ərazidə taksi xidməti zamanı müəyyən olunmuş nöqtədən istifadə etməlidirlər. Bu addım həm tıxacların qarşısını almağa, həm də sərnişinlər üçün rahatlığı artırmağa xidmət edir.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?