10 iyun

Bayram günlərində 28 nəfər xilas edilib, 230 yanğın söndürülüb - VİDEO

Azərbaycanda Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində 230 yanğın olub.

Təhlil.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata əsasən, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 230 yanğına çıxış, 20 köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 8-i azyaşlı olmaqla 28 nəfər xilas edilib, 2 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?