10 iyun
Azərbaycan millisi bu axşam Macarıstanla üz-üzə gəlir

Futbol üzrə Azərbaycan yığması bu gün növbəti sınağına çıxır.
Təhlil.az xəbər verir ki, baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında komandamız Bakıda Macarıstan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Görüş iyunun 11-də “Liv Bona Dea Arena”da baş tutacaq və start fiti saat 20:00-da səslənəcək.
Matçın baş hakimi isə belaruslu Viktor Şimusik olacaq.
Qeyd edək ki, millimiz son qarşılaşmasında iyunun 7-də səfərdə Latviya ilə qarşılaşıb və oyun qolsuz bərabərliklə başa çatıb.
Santuşun yetirmələrinin Macarıstan qarşısında necə performans göstərəcəyi azarkeşlər üçün maraqla gözlənilir. Bu oyun, həm də komandada yeni taktiki yanaşmalar və formalaşan heyətin sınağı baxımından əhəmiyyət daşıyır.
Bu gün