10 iyun

Dənizkənarı bulvarda insan meyiti tapılıb

Bakının mərkəzində, Dənizkənarı Milli Park ərazisində suyun içindən bir nəfərin meyiti tapılıb.

Təhlil.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin "112" qaynar xəttinə Səbail rayonu ərazisində – dənizdə insan meyitinin olduğu barədə məlumat daxil olub.

Əraziyə dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Axtarış-xilasetmə tədbirləri nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hadisənin detalları araşdırılır.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?