Dünən

Bu gün "ƏDV geri al" sistemində texniki fasilə olacaq

Bu gün "ƏDV geri al" sistemində texniki fasilə olacaq

Bu gün, 7 iyun saat 10:00-dan 00:00-dək, Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik texniki işlər aparılır. Bu səbəbdən qurumun rəsmi internet saytı və İnternet Vergi İdarəsinin təqdim etdiyi bütün elektron xidmətlər müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

Texniki fasilə "ƏDV geri al" portalına da təsir edəcək. Belə ki, bu müddət ərzində istifadəçilər həm portala daxil olmaqda, həm də Birbank tətbiqi vasitəsilə ƏDV geri almaq üçün qəbzləri oxutmaqda çətinliklərlə qarşılaşa bilərlər.

Yaxşı xəbər odur ki, 8 iyun tarixindən etibarən sistem tam bərpa olunacaq və vətəndaşlar rahatlıqla qəbzləri oxudaraq ƏDV-lərini geri ala biləcəklər.

Bundan əlavə:

QR ödənişlər üzrə ƏDV-lər 8 iyun tarixində,

Digər ödənişlər üzrə ƏDV-lər isə 7 iyunda və ya yaxın günlərdə vətəndaşların hesablarına köçürüləcək.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.