Dünən
Azərbaycan millisi Riqada sınaq matçına çıxacaq

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Təhlil.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gələcək.
Riqa şəhərindəki "Skonto" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qarşılaşmanın baş hakimi maltalı Trustin Farruca Kann olacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.