Dünən
Dilbərin qızı: Müşfiq güllələnməyib, sənədlər var, Mərəzədə ölüb

Müşfiq güllələnməyib. Məndə ölüm haqqında arayışı var. Ədliyyə Nazirliyi təqdim edib. Arayışda Müşfiqin Mərəzədə öldüyü yazılıb. Nömrəsi də var.
Təhlil.az xəbər verir ki, bunu Teleqraf-a müsahibəsində Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadə deyib.
O bildirib ki, Mikayıl Müşfiq 1939-cu il, mart ayında Mərəzədə ölüb:
"Həbs edilənləri onsuz da ölüm hökmü gözləyirdi. Deyirdilər ki, onsuz da öləcək. Sənədə yazırdılar güllələndi, göndərirdilər xüsusi yerlərə işləməyə. Onsuz da bilirdilər ki, öləcək. Ola bilər, Müşfiqin də sənədi belə olub. Güllələnib yazıb, göndəriblər Mərəzəyə"- o, əlavə edib.
05 iyun