Dünən
Əjdərbəy məscidində bayram namazı qılınıb

Bakıda Əjdərbəy məscidində Qurban Bayramının namazı qılınıb.
Təhlil.az xəbər verir ki, ibadətdə sakinlər, Azərbaycanda yaşayan əcnəbilər və bir sıra din xadimləri iştirak ediblər.
Namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti hacı Salman Musayevin rəhbərliyi ilə qılınıb.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 6-7-də qeyd olunur.
05 iyun