05 iyun

Taksi sürücüsü 9 aylıq hamilə qadını yarıyolda düşürüb

Bakıda taksi xidmətindən istifadə edən hamilə qadının başına iş gəlib.

Təhlil.az xəbər vereir ki, bu barədə şikayətlə zərərçəkən Dürdanə Salayeva BAKU.WS-in “qaynar xətti”nə müraciət edib.

Onun sözlərinə görə, bu gün “Yango”dan çağırdığı taksinin sürücüsü maşını idarə edərkən seriala baxıb. Xanım öz iradını bildirdikdə isə ona aqresiv cavablar verməyə başlayıb. Yaranmış mübahisə zamanı sürücü 9 aylıq hamilə qadını yarıyolda endirib:

“Gördüm ki, seriala baxır, əvvəl heç nə demədim. Lakin yola yox, dayanmadan seriala baxdığını gördükdə, seriala baxmayıb fikrini yola cəmləməsini xahiş etdim. Mənə dedi ki, cərimə gəlsə mənə gələcək də, sizə nə. Sürücüyə bildirdim ki, məsələ cərimə gəlməsi yox, təhlükəsizlikdir. Üzr istəmək əvəzinə üstümə qışqırdı ki, düş maşından. 19 dəqiqəlik yolun cəmi 9 dəqiqəsini getmişdik, məni maşından endirdi”.
Qadın onu da bildirib ki, sifarişə gələn taksi ilə tətbiqdə göstərilən maşın eyni olmayıb.

“Tətbiqdə sifariş etdiyim maşın 77 YM 784 dövlət qeydiyyat nişanlı “Toyota Corolla” olsa da, gələn maşın ağ BYD markalı maşın idi, axır nömrəsi də 485”, – deyə D. Salayeva vurğulayıb.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.