Gürcüstan Türk Dövlətləri Təşkilatının layihələrində iştirak edə bilər - AÇIQLAMA

“2024-cü ilin noyabrında Gürcüstanda ölkəni Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq üçün təşəbbüs qrupu yaradılıb.
Bu barədə təhlil.az-a Terrorizm və Siyasi Zorakılığın Araşdırılması Mərkəzinin direktoru, Gürcüstanın əməkdar jurnalisti, tarix elmləri doktoru, siyasi elmlər üzrə professor Badri Naçkebia məlumat verib.
“Gürcüstan Türk Dövlətləri Təşkilatından kənarda yaşaya bilməz. Noyabrda Tbilisidə türkdilli moldovalı qaqauzların iştirakı ilə konfrans keçirilib. Tədbir zamanı xristian və türkdilli xalqların nümayəndələrinin bu formatda görüşlərinin keçirilməsi ilə bağlı məsələ qaldırılıb. Bu, Gürcüstanın TDT-yə yaxınlaşması istiqamətində ilk addım olardı”,- o, qeyd edib.
B.Naçkebianın sözlərinə görə, Gürcüstan TDT-nin fəaliyyətində hansısa statusla iştirak edə bilər. Buna misal olaraq, Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirakını göstərmək olar.
“Gürcüstan ərazisində bizim böyük strateji tərəfdaşımız olan azərbaycanlılar yaşayırlar. Eyni zamanda Türkiyədə gürcülər yaşayır. Gürcüstanın təşkilatda iştirakı, mövqelərimizi bir-birinə daha da yaxınlaşdırmağa böyük kömək olardı”, - deyə professor qeyd edib.
Rasim Babayev