05 iyun

ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsini tərk edir

ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan tutduğu vəzifəni tərk edir. Təhlil.az bu barədə səfirin açıqlamasına istinadla xəbər verir:

"ABŞ-ni təmsil edən diplomat olaraq 33 il işlədikdən sonra istefaya getmək qərarına gəldim".

O bildirib ki, ABŞ-nin Gürcüstandakı səfiri kimi gördüyü işlərlə fəxr edir.

Diplomat iyulda postundan rəsmən gedənə qədər Vaşinqton və Tbilisi arasındakı əlaqələrin möhkəmləndirilməsi üzərində işləməyə davam edəcəyini vurğulayıb.