05 iyun

Azərbaycanda mədəni sərvətlərə vahid qaydada pasport veriləcək

Azərbaycanda mədəni sərvətlərə vahid qaydada pasport veriləcək.

Təhlil.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Nazirlər Kabineti daşınmaz abidələrin pasportlaşdırılması qaydalarını və pasportun nümunəvi formasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.