05 iyun
Böyükşor-Pirşağı yolunda hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək

Böyükşor–Pirşağı yeni avtomobil yolunun 4–12-ci kilometrliyində aparılacaq tikinti işləri ilə əlaqədar hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək.
Təhlil.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən xəbər verir ki, müvəqqəti dəyişiklik iyunun 6-da saat 09:00-dan başlayaraq tikinti işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.