05 iyun

Bakıda sevgilisini bıçaqlayan şəxs tutuldu

Hadisə iyunun 2-də Nizami rayonunda baş verib. Təhlil.az xəbər verir ki, 1993-cü il təvəllüdlü R.Səfərov, kirayə yaşadıqları evdə sevgilisi M.Abbaszadəni döş qəfəsindən bıçaqlayıb. Qadın onun istəyilə həkimə müraciət etməyib və yarasına ev şəraitində yardım edilib. Ancaq vəziyyəti ağırlaşdıqdan sonra iyunun 3-də Sabunçu Tibb Mərkəzinə aparılıb. Faktla bağlı cinayət işi başlanıb, R.Səfərov saxlanılıb.

Hikmət Həsənov

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?