05 iyun

Azərbaycan qaz hasilatında yeni sıçrayışa hazırlaşır – Hədəf 4,5 milyard kubmetr

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə ikinci mərhələnin həyata keçirilməsi istiqamətində irəliləyiş müşahidə olunur. Layihənin əsas tərəfdaşları olan SOCAR, Total və ADNOC artıq 2025-ci ildə investisiya qərarının (FID) qəbulunu planlaşdırır.

Təhlil.az xəbər verir ki, bu barədə SOCAR nümayəndəsi Vitaliy Bəylərbəyov məlumat verib.

O bildirib ki, maliyyələşdirmə ilə bağlı yekun qərar qəbul edildikdən sonra ikinci mərhələdən ilk qazın 2028-ci ilin sonu/, 2029-cu ilin əvvəllərində əldə olunacağı gözlənilir.

“Bu mərhələ Azərbaycanda qaz hasilatını illik ən azı 4,5 milyard kubmetr artıracaq. Üstəlik, bu vaxtda 2,9 milyard dollarlıq Şahdəniz kompressiya platforması da işə düşəcək və onun vasitəsilə cəmi 50 milyard kubmetr əlavə qaz əldə olunacaq”, – deyə, qurum nümayəndəsi qeyd edib. 

 

 

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?