Ermənistan-Azərbaycan sərhədində növbəti təxribat

Ermənistanda, Eçmiədzin şəhərindən olan 32 yaşlı bir şəxs, Sünik vilayətinin Tex kəndi yaxınlığındakı şərti sərhəddə pnevmatik tapançanı Azərbaycan hərbçilərinə tuşlayaraq təxribat törədib. Onun sözlərinə görə, bu addımı “qəzəbdən” atıb və məqsədi əsgərləri qorxutmaq olub.
Təhlil.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata əsasən, həmin şəxs "Nissan" markalı avtomobildə sərhəd ərazisində hərəkət edib və Azərbaycan mövqelərinə qarşı təhlükəli davranış sərgiləyib. Onunla birlikdə 21 və 45 yaşlarında iki nəfər də saxlanılıb.
Ermənistan İstintaq Komitəsi faktı təsdiqləyib və cinayət işi başlanılıb, hazırda istintaq davam edir.
Bu cür məsuliyyətsiz davranışlar Ermənistanın sərhəd zonalarında nəzarət və təhlükəsizlik səviyyəsi ilə bağlı ciddi suallar doğurur.