04 iyun
Xamenei: “Uranın zənginləşdirilməsinin dayandırılması İranın nüvə sənayesini faydasız edəcək”

İranın ali dini lideri Əli Xamenei deyib ki, uranın zənginləşdirilməsindən imtina İranın nüvə sənayesini yararsız hala salacaq. Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, bu, İslam Respublikasını digər ölkələrdən asılı vəziyyətə salacaq.
Uran zənginləşdirmə qabiliyyəti olmadan nüvə sənayesi faydasızdır, çünki belə olan halda biz atom elektrik stansiyalarının tikintisi üçün əliboş qalacağıq. Bu, neftin olması ilə müqayisə edilə bilər. Ölkəndə neft çıxır, lakin onu emal etmək qabiliyyətinə malik deyilsən. Neftin var, amma benzini başqalarından almalısan”, - deyə Xamenei qeyd edib.
Hikmət Həsənov