04 iyun

"2026 seçkiləri Paşinyanın sonu ola bilər" - AÇIQLAMA

Rusiya Ermənistanda daxili siyasi meydanda söz sahibi olmaq üçün əlindən gələni etməyə və Paşinyanın yerinə öz adamını hakimiyyətə gətirməyə çalışacaq.

Bu fikirləri tehlil.az saytına açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

Onun sözlərinə görə, Paşinyanın mayın 9-da Şuşanı işğaldan azad edən Azərbaycan xüsusi təyinatlılarının Qızıl Meydanda yürüşünü izləmək üçün Moskvaya tələsik səfər etməsi və digər amillər Ermənistanın şansını əldən verdiyini göstərir.

Mərkəz direktoru bildirib ki, hətta bu gün onu dəstəkləyən ölkələr də bir dövlət kimi Ermənistanın təhlükəsizliyini təmin etmək fikrində deyillər.

“Bu gün ortaya çıxan yeni reallıqlar o deməkdir ki, hər kəs özünü qorumağı öyrənməlidir. Səndən istifadə edən yox, qarşılıqlı maraqların olan müttəfiq və partnyorlar tapmaq lazımdır. Bu oyunda Ermənistanın nüfuzu Rusiya da daxil olmaqla müttəfiqlərinə nəyisə diktə etməyə və ya hər hansı şaquli əlaqələr qurmağa imkan vermir”, - deyə, R. Hüseynov qeyd edib.

O əlavə edib ki, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri nəticəsində hökumətin dəyişə biləcəyi istisna edilmir.

Rasim Babayev  

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.