02 iyun

Özəl sektor azad edilmiş ərazilərə 45 milyon manata yaxın investisiya qoyub

Azad edilmiş ərazilərdə şəhər, kənd və qəsəbələrə köç edən əhalinin məşğulluq məsələləri xüsusi diqqətdə saxlanılır.

Təhlil.az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda deyib.

O bildirib ki, bu ərazilərə özəl sektor tərəfindən 45 milyon manata yaxın investisiya qoyulub.

"Nəticədə burda xeyli iş yerləri yaradılıb", - deyə o qeyd edib.

Qeyd edək ki, Böyük Qayıdışın əsas komponentlərindən olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?