Naxçıvan televiziyası peyk yayımına başladı

Bu gün Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir. Konfrans çərçivəsində Naxçıvan televiziyası Azerspace-1" peykində (11135 Horizontal 30000) yayıma başlayıb.
Təhlil.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən ölkənin tanınmış media nümayəndələri və rəsmi qonaqlar iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin 15 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan televiziyasına yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.