Dünən
Yerdəyişmə sistemi bağlanır – tamamlanmayan sorğular silinəcək

2024-2025-ci tədris ilinin ikinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq, bu gün saat 17:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemi vasitəsilə valideynlər tərəfindən yeni sorğuların verilməsi prosesi müvəqqəti dayandırılacaq.
Təhlil.az xəbər verir ki, valideynlər bu günə qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədləri ümumi təhsil müəssisələrinə təqdim etməli idilər.
Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.
Qeyd edək ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.
Bu gün