29 may
Əsgərin yaralanması ilə bağlı cinayət işi açıldı

Hərbi qulluqçu Xudaverdi Sadıqovun minanın partlaması nəticəsində xəsarət alması ilə bağlı cinayət işi başlanılıb.
Təhlil.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
"Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır", - məlumatda bildirilib.
Bu gün