Bu gün
Gələn il analara verilən doğum müavinəti artacaq

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır.
Təhlil.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, 2027-ci ildə bir nəfərə düşən günlərin orta sayının 78, bir iş gününə düşən orta gündəlik qazancın isə 50 manat 57 qəpik təşkil edəcəyi nəzərdə tutulur.
Qeyd edək ki, 2026-cı ildə hamiləliyə və doğuma görə bir iş gününə düşən orta gündəlik qazanc 46 manat 54 qəpik olub.
Bu gün
02 noyabr