13 oktyabr
18 marşrutun hərəkəti dəyişəcək - XƏBƏRDARLIQ

Oktyabrın 13-də “Sabah” FK-nın Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Təhlil.az xəbər verir ki, məhdudiyyət səbəbindən 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
Avtobuslar Sabunçu yol qovşağı istiqamətində Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində isə Heydər Əliyev prospekti ilə hərəkət edəcək.
15 oktyabr
15 oktyabr
15 oktyabr