12 oktyabr
Azərbaycanda 2 101 nəfər artrit xəstəliyi ilə əlaqədar qeydiyyatdadır

Azərbaycanda artrit xəstəliyi (oynaqların iltihabı) ilə əlaqədar əlilliyi olan 2 101 nəfər qeydiyyatdadır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 114 nəfəri gənclik (yuvenil) artriti, 926 nəfəri seropozitiv revmatoid artrit, 1 061 nəfəri isə digər revmatoid artritlər diaqnozu ilə qeydiyyatdadır.
Qeyd edək ki, 12 oktyabr - Dünya Artritlə Mübarizə Günüdür. Bu günün qeyd edilməsinin məqsədi oynaqların iltihabı, ağrı, şişkinlik və hərəkət məhdudluğu ilə xarakterizə olunan xəstəliklərə diqqət çəkmək, onların erkən aşkarlanmasının və vaxtında müalicəsinin əhəmiyyətini vurğulamaqdır.
15 oktyabr
15 oktyabr
15 oktyabr