Bu gün

Ziya Bünyadov prospektində avtobus zolağının müddəti 1 saat uzadılıb

Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi məqsədilə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində ("20 Yanvar" metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədəolma müddəti axşam saatlarında 1 saat artırılıb.

Təhlil.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına əsasən, bununla bağlı həmin yol sahəsində avtobus zolağının qüvvədəolma vaxtını göstərən yol nişanında dəyişiklik edilib.

Əvvəl xüsusi hərəkət zolağının qəvvədəolma müddəti axşam saatlarında 17:00–20:00 idisə, hazırda 17:00–21:00 aralığındadır.

Sürücülərə dəyişikliyi nəzərə alaraq diqqətli olmaları tövsiyə olunur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?