Metro və dəmiryolu tikintisi ilə bağlı yeni qaydalar qəbul ediləcək

Tunel, metro və dəmir yolu layihələri üçün torpaqlar dövlət ehtiyacları ilə alına biləcək
Təhlil.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə edilən qanun layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, tunellər, dəmir yolu, metropoliten və tramvay xətləri, stansiyalar və depoların tikintisi, bərpası və genişləndirilməsi məqsədilə zəruri torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması mümkün olacaq.
Qanun layihəsi Azərbaycanda nəqliyyat infrastrukturunun, xüsusilə metro və dəmir yolu şəbəkələrinin inkişafı və irimiqyaslı layihələrin sürətləndirilməsi məqsədilə hazırlanıb.
Layihə həmçinin torpaqların dövlət ehtiyacları üçün alınması prosesində hüquqi müəyyənliyin və şəffaflığın artırılmasını, dövlət və vətəndaş maraqlarının balanslaşdırılmasını nəzərdə tutur.