Bu gün

Füzuli və Xankəndidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə keçirilib

Füzuli şəhərindəki Kurmanqazı adına İncəsənət Məktəbi və Xankəndi şəhər İncəsənət Məktəbi Mədəniyyət Nazirliyinin tabeliyinə keçirilib.

Təhlil.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Sənədin mətni Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.

Qərara əsasən, Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib. Dəyişikliyə əsasən, Füzuli şəhər Kurmanqazı adına İncəsənət Məktəbi və Xankəndi şəhər İncəsənət Məktəbi sözügedən siyahıya daxil edilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?