Bu gün

Bayramov və Mirzoyan Nyu-Yorkda görüşəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan sentyabr ayında Nyu-Yorkda görüşəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azadlıq Radiosu”nun sualını cavablandırarkən bildirib. 

“Görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq”, - Mirzoyan deyib. 

Qeyd edək ki, sentyabrın 8-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?