Bu gün

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

Sentyabrın 15-i Azərbaycanda Bilik Günü kimi qeyd olunur.

Təhlil.az xəbər verir ki, 2026–2027-ci tədris ilində ölkənin təhsil müəssisələrində təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır. Onlardan 1,6 milyonu ümumi təhsil müəssisələrinin, 260 mini ali təhsil müəssisələrinin, 226 mini məktəbəqədər təhsil müəssisələrinin, 64 mini orta ixtisas və 44 mini peşə təhsilinin payına düşür. Bu il təqribən 124 min şagird ilk dəfə I sinfə qədəm qoyacaq.

Yeni tədris ilində azad edilmiş ərazilərdə daha 15 təhsil müəssisəsi fəaliyyətə başlayacaq. Bununla yanaşı, ölkə üzrə təhsil infrastrukturu yenilənir, yeni məktəb və digər təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri davam etdirilir.

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, rəqəmsal bacarıqlar və STEAM layihələrinin daha çox məktəb və şagirdi əhatə etməsi də yeni tədris ilinin əsas istiqamətlərindəndir. Peşə təhsilində ixtisasların əmək bazarının tələblərinə uyğunlaşdırılması, ali təhsildə isə mühəndislik, informasiya texnologiyaları və təbiət elmləri üzrə qəbul imkanlarının artırılması nəzərdə tutulur.

2026–2027-ci tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq. 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?