14 sentyabr
Hakan Fidan Azərbaycana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
Təhlil.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, səfər 15-16 sentyabr tarixlərində baş tutacaq.
Hakan Fidanın Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi planlaşdırılır.
Eyni zamanda, Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla, habelə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşəcək.