27 may

Heydər Əliyev Sarayında unudulmaz ədəbi-gecə: “Nərdivan” tamaşası

30 iyun tarixində Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının canlı klassiki, Xalq şairi Nəriman Həsənzadənin həyat və yaradıcılığına həsr olunmuş “Nərdivan” musiqili dram tamaşası nümayiş etdiriləcək.

Təhlil.az xəbər verir ki, bu xüsusi layihə həm bədii, həm də simvolik baxımdan əlamətdar hadisə kimi qiymətləndirilir.

Tədbirdə 30-dan çox tanınmış sənət və media siması bir araya gələcək. Tamaşada əsas rolları Xəzər Süleymanlı, Ülviyyə Əliyeva və Taleh Yüzbəyov ifa edəcək. Onlarla yanaşı səhnədə bir çox tanınmış mədəniyyət və ictimaiyyət nümayəndələri də çıxış edəcək. İştirakçılar arasında xalq artistləri Niyamməddin Musayev, Murad Dadaşov, Gülyanaq Məmmədova, eləcə də əməkdar artistlər Lalə Məmmədova, İlqar Cahangir, Toğrul Əsədullayev yer alacaq.

Tamaşada həmçinin tanınmış aparıcılar Lalə Azərtaş, Mətanət Əliverdiyeva, Mehman Rəsulov, aktyorlar Faiq Mirzə, Cavid Baba, və Azərbaycanı dünyada tanıdan fotoqraf Reza Deqati də iştirak edəcəklər.

“Nərdivan” tamaşası təkcə bir həyat hekayəsinin səhnələşdirilməsi deyil, həm də Nəriman Həsənzadənin poeziyasına, onun daxili dünyasına, milli-mənəvi dəyərlərə bağlı yaradıcılığına bir sayğı duruşudur. Tamaşa onun həyatındakı mərhələləri, ədəbi uğurlarını və millətə xidmətdəki töhfələrini bədii formada təqdim edəcək.

Böyük ədibin həyatını səhnə dili ilə canlandırmaq məqsədi daşıyan bu layihə həm ədəbiyyatsevərlər, həm də incəsənət ictimaiyyəti üçün unudulmaz mədəni hadisəyə çevriləcəyi gözlənilir.

 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?