27 may

Nizami rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Bu gün Bakının Nizami rayonunda suyun verilməsində fasilə yaranacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilir ki, Nizami rayonunu içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar 27 may səhər saatlarından axşam saatlarınadək rayon ərazisinə suyun verilməsində fasilə yaranacaq.

Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?