26 may

Hərbi Prokurorluqda kadr dəyişikliyi olub

Azərbaycanın Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.

Təhlil.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Cahid Xudiyev Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini vəzifəsindən azad edilib.

Hələlik həmin vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, Cahid Qara oğlu Xudiyev uzun illər Hərbi Prokurorluqda müxtəlif vəzifələrdə çalışıb. O, 2023-cü ilin oktyabrında qurumun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini təyin olunmuşdu.

Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.

Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla, Bəhruz Əhmədov Baş prokurorun müavini-hərbi prokuror təyin edilib.

Teleqraf.az

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?