24 may
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilir

Mayın 24-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb.
Təhlil.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək builki festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunub.
Festival çərçivəsində teatr tamaşası təqdim olunub.
24 may