Bu gün
Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi

Ukrayna Nazirlər Kabineti daha əvvəl Kiyevin hərbi administrasiyasına rəhbərlik etmiş Timur Tkaçenkonun Kiyev vilayəti administrasiyasının rəhbəri vəzifəsinə təyin edilməsini təsdiqləyib.
Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna KİV yazır.
1989-cu ildə Kiyevdə anadan olan Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvlərindən, Ukraynadakı Azərbaycan Ağsaqqallar Şurasının nümayəndəsidir. O, Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.