23 may

Apellyasiya şikayətləri ödənişli olacaq

Gələn ildən abituriyentlərin apellyasiya şikayətlərinə baxılma ödənişli olacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə  açıqlamasında bildirib.

O qeyd edib ki, əsaslandırılmamış şikayətlərə baxılmayacaq, çünki bu, resurs itkisinə səbəb olur.

Abbaszadə vurğulayıb ki, bəzi abituriyentlər şəxsi kabinetdə işlərinə baxmadan şikayət yazır və bu halların qarşısını almaq üçün apellyasiya qaydaları sərtləşdiriləcək.

Yeni qaydalar müşahidə şurasına təqdim edilərək təsdiq olunacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?