Bakıda və bölgələrdə güclü külək və dolu ehtimalı - XƏBƏRDARLIQ

Mayın 24-ü axşam və 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Təhlil.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Culfa, Ordubad, Siyəzən, Şabran, Xaçmaz, Xızı, Qusar, Qobustan, Neftçala, Salyan, Naftalan, Gəncə, Goranboy, Göygöl, Yevlax, Hacıqabul, Daşkəsən, Mingəçevir və Şəkidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək
Azərbaycanın rayonlarında isə mayın 24-dən 25-i gündüzədək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli leysan olacağı, dolu düşəcəyi ehtimalı var.
"Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur",- deyə məlumatda qeyd edilib.