Bu gün

Azərbaycan avarçəkənləri Gürcüstandakı turnirdə 18 medal qazanıblar

Gürcüstanın Poti şəhərində keçirilən akademik avarçəkmə və kanoe üzrə beynəlxalq reqatada Azərbaycan komandası 18 medal qazanıb.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Kayak yarışlarında İvan Vorobyanski 200, 500 və 1000 metr məsafələrdə birnəfərlik qayıqda 3 qızıl medal qazanıb. Qiyas Əhmədov və Tengiz Qaqnidze 200 və 500 metr məsafələrdə iki nəfərlik kayak qayığında bütün rəqiblərini qabaqlayıb. Qiyas Əhmədov 200 metr məsafədə birnəfərlik yarışda gümüş, Tengiz Qaqnidze isə 500 metr məsafədə gümüş medala sahib olub. Elmir Tərverdiyev və Mustafa Vəlizadə həm 500, həm də 1000 metr məsafədə iki nəfərlik kayakda qızıl medala sahib çıxıb.

Kanoedə Fəxri Sadıqlı və Vaqif Mustafazadə 200 və 500 metr məsafədə iki nəfərlik qayıqda iki gümüş medal əldə edib. Fəxri Sadıqlı 200 metr məsafədə birnəfərlik kanoedə ikinci, Vaqif Mustafazadə isə üçüncü olub. Vaqif Mustafazadə 1000 metr məsafədə də finişi üçüncü keçib.

Akademik avarçəkmə yarışında isə Azərbaycan idmançıları bütün çıxışlarını qələbə ilə başa vurublar. Sabit Abdullayev (2008–2009), Məhəmməd Həsənov (2010–2011) birnəfərlik qayıqda 1500 metr məsafədə qızıl medal qazanıblar. İsabala Dadaşzadə və İsmayıl Şirinov tandemi isə iki nəfərlik qayıqda 1500 metr məsafədə birinci yeri tutub.

Estafet yarışında Fəxri Sadıqlı, Rüstəm Əsgərov və Vaqif Mustafazadə bürünc medala yiyələniblər.

Yekun nəticədə 10 qızıl, 5 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 18 medal qazanan komanda turniri ikinci pillədə tamamlayıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?