Avtobus parkının 42%-i yenilənib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023–2026-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərində daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub.
Təhlil.az xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.
2023-cü ildə 92, 2024-cü ildə 106, 2025-ci ildə 241, 2026-cı ilin 6 ayında isə 130 marşrut reysi üzrə müsabiqə keçirilib.
Bu dövr ərzində “Neoplan Cityliner”, “King Long”, “Yutong”, “İsuzu”, “JAC Sunray”, Jac Ankai, “Qazel NEXT”, “MAN”, “TEMSA HD 12”, “Hyundai County”, “Golden Dragon”, “Zhonthong” markalı 145 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib.
Bakı şəhərindən ölkəninin digər şəhər və rayonlarına şəhərlərası daşıma üzrə avtobus parkının 42%-i yenilənib.
Avtobuslardan 24-ü 2023, 38-i 2024, 69-u 2025, 15 ədədi isə 2026-cı ildə istismara buraxılıb.