Bu gün

ADSEA-dan Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı AÇIQLAMA

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində — dənizkənarı yolun kənarında qazılmış kanalizasiya quyusuna avtomobillərin düşməsi ilə bağlı açıqlama yayıb.

Təhlil.az xəbər verir ki, ADSEA-ya məxsus “İri Şəhərlərin Su Təchizatı” QSC-nin məlumatına əsasən, sözügedən ərazidə Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi icra olunur.

Qeyd edilib ki, tikinti işlərinin aparıldığı sahədə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, ərazi mühafizə zolaqları və xəbərdarlıq nişanları ilə təmin edilib.

Qurumdan vurğulanıb ki, bəzi media orqanlarında və sosial şəbəkələrdə Pirşağı qəsəbəsində gecə saatlarında baş vermiş nəqliyyat hadisələri ilə bağlı yayılan məlumatların araşdırılması və rəsmi açıqlama alınması üçün müvafiq quruma müraciət edilməsi tövsiyə olunur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?