Dünən
AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırma yeni mərhələyə keçdi

Dekabrın 25-də Bakıdan Qroznıya uçan və Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarə ilə bağlı araşdırma yeni mərhələyə keçib.
Təhlil.az xəbər verir ki, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin sözlərinə görə, ilkin mərhələdə materialların toplanması tamamlanıb, hazırda isə onların tədqiqi prosesi davam edir. Bu çərçivədə mütəxəssislər Bakı, Qroznı və Rostov şəhərlərində beynəlxalq ekspertlərlə birgə iş aparıblar.
Dünən