Adlarını dəyişmək üçün müraciət edənlər: Balabəyim, Fəlakət, Saatxanım, Samovar, Xaxanım...

Bu ilin ilk 6 ayı ərzində doğulan oğlan uşaqlarına ən çox Uğur (849), Raul (601), Miran (523), Əli (521), Hüseyn (519), Yusif (434) Ömər (349), Murad (341), Tunar (321), Fateh (309), qız uşaqlarına isə Melisa (569), Aylin (547), Məryəm (538), İnci (514), Nilay (503), Alisa (494), Zəhra (493), Ayla (442), Zeynəb (429), Fatimə (367) adları qoyulub.
Təhlil.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən verilən cavabda bildirilib.
Məlumata əsasən, cari ilin ilk 6 ayı ərzində 1213 nəfər ad, soyad və ya ata adını dəyişdirib. Onlardan 321-i kişi, 892-si isə qadın olub. “Ən çox seçilən və ən çox dəyişdirilən adların statistikası aparılmır”, - deyə rəsmi cavabda bildirilib.
Əlavə edilib ki, Balabəyim, Durna, Fəlakət, Xaccey, Xaxanım, Küsgün, Ləbxanə, Osandıq, Saatxanım, Samovar kimi adlar vətəndaşların arzusu əsasında dəyişdirilib.