Bu gün
Mikayıl Cabbarov IsDB Qrupuna rəhbər oldu

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (IsDB) Qrupunun Müdirlər Şurasının sədri təyin olunub.
Təhlil.az xəbər verir ki, bu münasibətlə Əlcəzairdə ev sahibliyinin təhvilalma mərasimi keçirilib. 2026-cı ildə Bankın İllik Toplantısı Bakıda baş tutacaq.
M. Cabbarov Azərbaycanın bu etimada layiq görülməsinin çoxtərəfli əməkdaşlıq və ortaq dəyərlərə sadiqliyin göstəricisi olduğunu bildirib. O, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək “Qız qalası” suvarma layihəsinin əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində toplantının təşkili ilə bağlı Anlaşma Memorandumu da imzalanıb. IsDB Qrupuna 57 ölkə daxildir, Azərbaycan isə 1992-ci ildən üzvdür.
Bu gün
Bu gün