Bu gün
Bakıdan Bratislavaya birbaşa uçuşlar: Biletlər 43 dollara

“Wizz Air” Bakıdan Slovakiyanın paytaxtı Bratislavaya birbaşa uçuşlara başlayır.
Təhlil.az xəbər verir ki, yeni istiqamət üzrə birbaşa reyslər cari ilin sentyabrın 29-dan etibarən həyata keçirilməyə başlayacaq.
Sərnişinlər Bakı - Bratislava reyslərinə biletləri 43 dollardan başlayan qiymətlərlə əldə edə bilərlər.
Uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
Qeyd edək ki, Bakı - Bratislava aviabiletləri artıq satışdadır.