Bu gün
Bakıda keçiriləcək dünya çempionatının biletləri satışa çıxarılıb

Oktyabrın 4–11-də Bakı şəhərində keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının biletləri satışa çıxarılıb.
Təhlil.az xəbər verir ki, çempionat Milli Gimnastika Arenasında təşkil ediləcək. Yarışda dünyanın müxtəlif ölkələrindən ən güclü cüdoçuların iştirakı gözlənilir.
Çempionat günlərində azarkeşlər həm fərdi, həm də qarışıq komanda yarışlarında dünya səviyyəli qarşılaşmaları canlı izləmək imkanı əldə edəcəklər.
Biletləri iTicket.az saytı vasitəsilə onlayn, həmçinin şəhərin müxtəlif satış məntəqələrindən əldə etmək mümkündür.