Xamenei ilə vida mərasimi başlayıb

Tehranda İranın mərhum ali lideri Əli Xameneinin vida mərasimi başlayıb. Mərasimin ilk günündə xarici nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.
Təhlil.az xəbər verir ki, ölkənin Ali Lideri ilə vida mərasimi iyulun 3-dən 9-dək davam edəcək.
Növbəti gün Xameneinin cənazəsi Tehranın şərqində yerləşən böyük dini kompleks olan Müsəllaya aparılacaq. Burada İranın bütün sakinləri Ali Rəhbərlə vidalaşa biləcəklər.
Bundan əlavə, iyulun 6-da Tehranda matəm yürüşünün keçirilməsi gözlənilir. İyulun 7-də Xameneinin cənazəsi şiə ruhaniləri üçün müqəddəs şəhər hesab olunan Quma aparılacaq.
İyulun 8-də isə Əli Xameneinin cənazəsin İraqa göndəriləcək və şiə dünyasında ən ali dini ehtiram əlaməti olaraq Nəcəf və Kərbəladakı başlıca şiə ziyarətgahlarında matəm mərasimlərinin keçiriləcəyi gözlənilir
Əli Xameneinin dəfn mərasimi iyulun 9-da Məşhəd şəhərində keçiriləcək.